İQTİSADİYYAT
OPEK-Ə YENİ BAŞ KATİB TƏYİN EDİLƏCƏK
OPEK-in sentyabrın 24-də Vyanada keçirilmiş növbəti sessiyasında bu təşkilatın qarşıdakı dörd il müddətinə yeni baş katibinin təyin olunması məsələsi həll edilməmiş qalmışdır. Bu vəzifəyə OPEK-in indiki baş katibi Alvaro Silva Kalderon (Venesuela), habelə İranın və Qətərin nümayəndələri namizəddirlər.
Konfransın sədri, Qətərın energetika, sənaye, elektrikləşdirmə və su ehtiyatları naziri Abdalla ben Hamad əl-Atıyya bildirmişdir ki, baş katibin təyin olunması haqqında qərar dekabrın 4-də Vyanada keçiriləcək növbəti görüşdə qəbul ediləcəkdir.
Rotasiya prinsipinə əsasən, OPEK konfransının sədri vəzifəsi gələn il yanvarın 1-dən İndoneziyanın energetika və təbii ehtiyatlar naziri Purnomo Yusqiantoroya keçəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]