CƏMİYYƏT
Oğuz rayonundakı istirahət mərkəzində oğurluq edən şəxs Göyçayda yaxalanıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Oğuz rayonunda istirahət mərkəzində oğurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Oğuz Rayon Polis Şöbəsinə sentyabrın 4-də rayon ərazisindəki istirahət mərkəzlərinin birində Şuşa şəhər sakini V.Hüseynovun cibindən 520 manat pulunun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini V.Cəfərov Göyçay rayonu ərazisində yaxalanıb.
Həmin faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]