REGİONLAR


Oğuzda əkin sahələri su ilə təmin olunur, yaşayış məntəqələri sel sularından qorunur VİDEO

Oğuz, 25 avqust, AZƏRTAC

Oğuz Suvarma Sistemləri İdarəsi 16553 hektar suvarılan torpaq sahəsinə xidmət edir. İdarə bununla yanaşı, yaşayış məntəqələrinin sel sularından qorunması üçün çay sahillərində beton bəndlərin tikintisi və onların təmiri ilə də məşğuldur.

AZƏRTAC xəbər verir ki, rayonda taxıl sahələrinin suvarma mövsümü mart, aprel, may aylarına təsadüf edib. İndi isə tütün, qarğıdalı, yonca sahələrinin qızğın suvarma dövrüdür. Fermerlər təyin olunmuş qrafik əsasında əkin sahələrini suvara bilirlər. Bu günə qədər sahələrə 22 min kubmetrdən çox su suvarma suyu verilib.

Ərazilərə suvarma suyunu çatdırmaq üçün 570,5 kilometr kanal və arxlardan istifadə olunur ki, bu arxların da 90 faizi torpaq məcralıdır. Torpaq məcralı kanallarda su itkisinin qarşısının alınması üçün hər il mütəmadi beton işləri görülür.

Rayonda bu ilin altı ayı ərzində 113 kilometrdən çox məsafədə lildən təmizləmə işləri aparılıb. İdarənin əsas işlərindən biri də yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaqdır. Rayon ərazisindən 5 çay keçir və hər il mütəmadi olaraq, buldozerlə və eskovatorla çay məcrasında təmizləmə işləri aparılır. Hazırda Qalaçay sistemində yerləşən və qum-çınqılla dolan bənlərdə hündürləşmə işləri aparılır.

Qeyd edək ki, 2021-ci ilin vegetasiya suvarma dövründə 4316 hektar sahədə taxıl, 173 hektar ərazidə tütün, 315 hektar ərazidə qarğıdalı, 2000 hektardan artıq ərazidə çox illik bağlar və digər kənd təsərüfatı bitkiləri əkilib. Həmin bitkilərin də suvarılmasında bu günə qədər problem yaşanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.