İQTİSADİYYAT
Oktyabrda “AgroX” innovasiya müsabiqəsinin yekun təqdimat mərasimi keçiriləcək
Bakı, 24 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Oktyabrın 8-də Bakıda “AgroX” innovasiya müsabiqəsinin yekun təqdimat mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 25-də isə “AgroX” müsabiqəsinin Gəncədən olan yarımfinalçıları üçün mentor dəstəyi təşkil olunacaq. Hazırda müsabiqənin ikinci mərhələsinə keçən 12 aqro startap ilkin versiyaların hazırlanması üzərində işləyirlər.
Xatırladaq ki, “AgroX” müsabiqəsinə 51 layihə təqdim edilib və 12 layihə ikinci mərhələyə keçib. “AgroX” Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi və “İNNOLAND” Akselerasiya Mərkəzinin dəstəyi ilə “Startap Azərbaycan” tərəfindən həyata keçirilir. Müsabiqənin mükafat fondu 12 min AZN müəyyən olunub. Birinci yerin qalibinə 6 min manat, ikinci yerə 4 min manat, üçüncüyə isə 2 min manat təqdim olunacaq.