İQTİSADİYYAT


Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı 718 min barrel olub

Bakı, 12 noyabr, AZƏRTAC

Respublikada oktyabr ayı üzrə sutkalıq neft hasilatı 718 min barrel olub. Bunun 644 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib. Gündəlik 569 min barrel xam neft, 76 min barrel kondensat, 9,5 min barrel isə neft məhsulları ixrac olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sutkalıq neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Cari ilin yanvar–oktyabr aylarında orta gündəlik neft hasilatı 762 min barrel təşkil edib.

Energetika Nazirliyi oktyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin iyulun 1–dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.