Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ölkə Prezidenti vətəndaş müraciətlərinə baxılmasında məmurların məsuliyyətini daha da artırır

Ölkə Prezidenti vətəndaş müraciətlərinə baxılmasında məmurların məsuliyyətini daha da artırır

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra onun tətbiqi ilə əlaqədar olaraq bu günlərdə bir sıra yeni normativ hüquqi aktlar təsdiq olunub. AZƏRTAC Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İSMAYILOVdan bu aktların əsas müddəalarını şərh etməsini və bununla əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verməsini xahiş edib. S.İsmayılovun müvafiq şərh və qeydlərini təqdim edirik. 

Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan dövləti bütün dünyanı bürüyən qlobal böhrana baxmayaraq, sosial-iqtisadi inkişafını uğurla davam etdirir, öz vətəndaşlarının mənafeyini qorumaq, hüquq və azadlıqlarını təmin etmək üçün lazım olan bütün tədbirləri dönmədən həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar – söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur”.

İnsan hüquq və azadlıqlarının daha mükəmməl müdafiəsi üçün davamlı görülən işlər, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ölkədə gedən vahid islahatlar sistemində mühüm yer tutur. Bu sahədə irəliyə doğru atılan addımlardan biri, məlum olduğu kimi, 2015-ci ilin noyabrında dövlətimizin başçısı tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Qanunun və onun tətbiqi barədə Fərmanın imzalanmasıdır. Vətəndaşlara göstərilən daimi diqqət və qayğının növbəti təzahürü olan bu Qanun müraciətə baxan subyektlərin dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, məsuliyyətini daha da artırmış, ölkənin bütün regionlarında əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bunu bir çox şəhər və rayonlarda Qanunun müzakirəsi ilə bağlı keçirilmiş tədbirlərdə deyilən fikirlər də təsdiq edir. Ümumi fikir ondan ibarətdir ki, bütün bunlar vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşmasına, insanları narazı salan bəzi məsələlərin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir.

Qanunun imzalandığı gündən keçən müddət ərzində, onun tətbiqi barədə Fərmanda verilmiş tapşırıqlara uyğun olaraq, bir sıra normativ hüquqi aktların layihələri hazırlanmış və dövlət başçısı tərəfindən təsdiq edilmişdir. Bu aktlar içərisində, ilk növbədə, qanunlara edilmiş əlavə və dəyişikliklər üzərində dayanmaq istərdik.

Qeyd etmək lazımdır ki, Qanunda onun tələblərini pozan şəxslərin Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıdıqları göstərilmiş və Fərmanda bu məsuliyyəti müəyyən edən qanun layihəsinin hazırlanması barədə tapşırıq verilmişdir. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilmişdir. Həmin maddədə göstərilir ki, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına, yəni müraciətin qəbul edilməməsinə, vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərilməsinə, vətəndaşların qəbulunun Qanunun tələblərinə uyğun təşkil edilməməsinə, hüquq və azadlıqların bərpası və müdafiəsi məqsədi ilə müraciət etdiyi üçün vətəndaşın təqib olunmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər isə iki yüz manat məbləğində cərimə olunur.

Vətəndaşların müraciətləri ilə bağlı qanunvericilik bazasına edilmiş dəyişikliklər reallıqdan doğan zərurətdən irəli gələrək, bu sahədə olan problemlərin həllinə xidmət edir. Məhz Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin ətraflı araşdırılması, orada qaldırılan məsələlərin və onların yaranma səbəblərinin diqqətlə öyrənilməsi göstərir ki, bəzən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu və müraciətlərinə baxılması işində qeyd edilən nöqsanlara yol verilir.

Bu müraciətlərin təhlilindən aydın olur ki, vətəndaşları daha çox narahat edən bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qarşılaşdıqları bürokratik əngəllər, onların problemlərinə laqeyd yanaşılması, müraciətlərinə cavab verilməməsi kimi hallardır. Bəzən də vətəndaşlar Prezident Administrasiyasına müraciət edərək mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbul olunmalarına kömək göstərilməsini xahiş edirlər. Bu da həmin orqanlarda qəbula düşmək istəyən vətəndaşın müəyyən çətinliklərlə üzləşməsindən irəli gəlir.

Son illər dövlət orqanlarının bir çoxunda vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin xeyli təkmilləşdirilməsinə, onları narahat edən problemlərin əsasən həll olunmasına baxmayaraq, bəzi şəhər və rayonlardan bu barədə narazılıqlar hələ də vardır. 2016-cı ilin birinci yarısında da Prezident Administrasiyasına belə müraciətlər daxil olmuşdur. Onların hər biri diqqətlə öyrənilir, yaranma səbəbləri araşdırılır və müvafiq tədbirlər görülür.

“Vətəndaşların müraciətləri haqqında” Qanun müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələrini daha konkret müəyyən edir. Bununla bağlı Qanuna prokurorluq orqanlarına daxil olmuş müraciətlərə baxılması barədə müddəa salınmış və müvafiq surətdə “Prokurorluq haqqında” Qanuna dəyişikliklər edilmişdir. Qeyd olunanlarla yanaşı, “Hərbi qulluqçuların statusu haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İctimai iştirakçılıq haqqında” qanunlarda da “Vətəndaşların müraciətləri haqqında” Qanunun tətbiqi ilə əlaqədar dəyişikliklər edilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması sahəsində mühüm normativ aktlardan biri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”dır.

1998-ci ildə qəbul edilmiş müvafiq Qaydalardan fərqli olaraq bu sənəddə bir çox yeni müddəa vardır. Bu müddəalar haqqında qısaca demək istərdik ki, onlar təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq sisteminin təşkili, təhlillərin aparılması, müraciətin müxtəlif, o cümlədən elektron formalarının qəbul edilməsi, qeydiyyata alınması, cavablandırılması və bir çox digər məsələləri əhatə edir. Bütün bunlar Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin fəaliyyətində artıq tətbiq edilmiş və özünü doğrultmuş müddəalardır. Məsələn, Qaydada göstərilir ki, vətəndaşların müraciət etmək hüququnun pozulması hallarının və bu halların yaranma səbəblərinin vaxtında aşkar edilməsi məqsədi ilə təşkilatın kargüzarlıq xidməti vətəndaşların müraciətlərinin təhlili və ümumiləşdirilməsi əsasında aylıq, rüblük və illik arayışlar hazırlayıb onları təşkilatın rəhbərinə, ilin yekunlarına dair hesabatları isə yuxarı dövlət orqanlarına təqdim edir. Şöbə bu məsələyə həmişə böyük əhəmiyyət vermiş, təşkilatlardan belə hesabatları almaqla yanaşı, Prezident Administrasiyasına daxil olan müraciətləri ayrı-ayrı mövzular üzrə ətraflı araşdırmış, müxtəlif sahələrdə və regionlarda real vəziyyət haqqında aydın təsəvvür formalaşdıran təhlili materiallar hazırlamışdır. Bu materiallar aidiyyəti qurumlara göndərilmiş və onların nəzərə alınması müsbət nəticələr vermişdir.

Vətəndaş müraciətləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi zamanı nəzarət işinin gücləndirilməsinə də böyük diqqət yetirilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli digər Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Həmin Qayda vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına nəzarət sahəsində yeni normalar müəyyən edir və vətəndaşların, o cümlədən digər fiziki və hüquqi şəxslərin təklif, ərizə və şikayətlərinin qəbulu, qeydə alınması, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsini tənzimləyir.

Burada hər bir məsələyə çox ciddi diqqət yetirilmiş, kargüzarlığın aparılmasına cavabdeh olan şəxslərin icra etməli olduqları işlər konkret şəkildə öz əksini tapmışdır. Təkrar və kollektiv müraciətlərin yaranma səbəblərinin öyrənilməsi, vətəndaşların müraciətləri ilə bağlı ümumiləşdirmələr və təhlillər aparılması, statistik məlumatların, müraciətlərə baxılması ilə bağlı aktların, iclas protokollarının və digər sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsi mühüm tələblər kimi qoyulmuşdur.

Adıçəkilən Qaydaya görə, təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarəti Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi həyata keçirir. Nəzarətin iki – səyyar və kameral üsulları nəzərdə tutulur.

Kameral nəzarət yerlərə getmədən ilin yekununa dair hesabatların, habelə il ərzində təşkilatlara nəzarət qaydasında göndərilən müraciətlərə baxılmanın nəticələrinin təhlili əsasında aparılır. İllik hesabatların təhlilinə əsaslanan kameral nəzarət təqvim ilinin əvvəlində həyata keçirildiyi halda, təşkilatlara göndərilən müraciətlərə baxılmasının nəticələrinin təhlilinə əsaslanan kameral nəzarət ilboyu davam edir. Təşkilatlar tərəfindən təqdim edilmiş hesabatlardakı məlumatlar kameral nəzarətin həyata keçirilməsi, eləcə də şöbə tərəfindən təhlil və ümumiləşdirmələr aparılması üçün kifayət etmədikdə və yaxud həmin məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, şöbə əlavə məlumatları və sənədləri əldə etmək məqsədi ilə həmin təşkilatlara yazılı və ya şifahi sorğu verir.

Lakin hərdən elə alınır ki, təkcə kameral nəzarətlə yerlərdə əhalinin təklif, ərizə və şikayətlərinin nə dərəcədə effektiv araşdırıldığını müəyyən etmək mümkün olmur. Xüsusilə şikayətlərə mahiyyəti üzrə baxılıb-baxılmadığını, onların müəlliflərinə başdansovdu cavabların verilib-verilmədiyini aydınlaşdırmaq üçün bir çox hallarda araşdırmanı birbaşa yerlərdə aparmaq lazım gəlir. Buna görə də Qaydada kameral nəzarətlə yanaşı, səyyar nəzarət üsulu da nəzərdə tutulub.

Belə hallara təşkilatlar tərəfindən müraciətlərə baxılmasına dair illik hesabatların vaxtında təqdim edilməməsi, hesabatlarda müntəzəm olaraq yanlış, yaxud təhrif olunmuş məlumatların verilməsi, kameral nəzarət zamanı vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasının müntəzəm pozulduğunun aşkarlanması, vətəndaşların müraciət etmək hüququnun davamlı pozulması barədə şikayətlərin daxil olması, habelə təkrar müraciətlərin, fərdi və kollektiv müraciətlərin sayının artması aiddir. Bundan əlavə, baxılmaq üçün yuxarı dövlət orqanı tərəfindən təşkilata göndərilən vətəndaş müraciətləri ilə bağlı heç bir tədbir görülməməsi də həmin təşkilatda səyyar nəzarət aparılması üçün əsas ola bilər.

Səyyar nəzarət pozuntu hallarının yerindəcə operativ aradan qaldırılmasına imkan yaratmaqla yanaşı, eyni zamanda, təşkilatların vətəndaş müraciətləri ilə məşğul olan əməkdaşlarına metodik və praktik kömək göstərilməsini təmin edir.

Ümumilikdə, nəzarət zamanı vətəndaşların müraciətləri haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsi diqqətlə araşdırılır, təşkilatların vətəndaş müraciətlərinə baxılması sahəsində fəaliyyəti məhz bunun əsasında qiymətləndirilir.

Yeni nəzarət mexanizmini tətbiq etməkdə məqsəd, ilk növbədə, yerlərdə problemlərin həllini təşviq etməkdən, vətəndaş müraciətlərinə formal deyil, mahiyyəti üzrə baxılmasını, onların hərtərəfli araşdırılmasını, bu zaman ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsini, bir sözlə, vətəndaşları narahat edən məsələlərə daha həssas yanaşılmasını təmin etməkdən ibarətdir.

Vətəndaş müraciətləri ilə bağlı adıçəkilən normativ hüquqi aktlar bu sahədə fəaliyyət üçün mükəmməl bir mexanizmin yaradılmasını təmin edir. Bu mexanizm vətəndaşların mənafeyini etibarlı şəkildə qoruyaraq, bütün dövlət orqanları və müraciətə baxan digər subyektlər qarşısında ciddi tələblər qoyur. Dövlətimizin başçısı İlham Əliyev bu il iyunun 21-də Nardaran qəsəbəsində sakinlərlə görüşündə demişdir: “Azərbaycanın hər yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub