REGİONLAR
Ölkə üzrə iribuynuzlu mal-qaranın sayında 0,6 faiz artım olub
Bakı, 15 iyul, AZƏRTAC
Cari il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 724,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 303,6 min baş inək və camış, 8 milyon 823,2 min baş qoyun və keçi mövcud olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,7 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 2,3 min baş (0,2 faiz), qoyun və keçilərin sayı 15,8 min baş (0,2 faiz) artıb. Hesabat dövründə diri çəkidə ət istehsalı 2,6 faiz artaraq 231,1 min ton, süd istehsalı 4,9 faiz artaraq 1010,7 min ton, yumurta istehsalı 5,4 faiz artaraq 821,9 milyon ədəd, yun istehsalı isə 3,4 faiz artaraq 15,9 min ton təşkil edib. Bundan başqa, ölkədə 70,7 ton barama istehsal olunub.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,4 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,8 faiz artıb.