CƏMİYYƏT
Ölkəmizdə COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 335 minədək test aparılıb
Bakı, 6 iyun, AZƏRTAC
Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6478 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 334 min 863-ə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, iyunun 6-da Azərbaycanda 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941-ci və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.
İndiyədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstələrdən 113 nəfəri reanimasiyadadır ki, onlardan da 20-si süni tənəffüs cihazına qoşulub.