CƏMİYYƏT
Ölkəmizin bugünkü tərəqqisi Ulu Öndərin adı ilə bağlıdır
Bakı, 12 dekabr, Flora Şükürova, AZƏRTAC
Biz bu gün ulu öndər Heydər Əliyevi yad etmək üçün kollektivimizlə birlikdə Fəxri xiyabana gəlmişik. Ümummilli Liderin gördüyü işlər göz önündədir. Ölkəmizin bugünkü tərəqqisi, bütün sahələrdə qazanılan hər bir nailiyyət onun adı ilə bağlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində dekabrın 12-də Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramını ifadə etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Kooperasiya Universitetinin gənclər təşkilatının üzvü Orucov Tural deyib.
O vurğulayıb ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı sayəsində müstəqil dövlətimizin təməli möhkəmlənib, müstəqilliyimiz qorunub saxlanıb, bu böyük dühanın şah əsəri olan müasir Azərbaycan yaranıb.
Azərbaycanın əldə etdiyi bütün uğurlara görə hər birimiz Ümummilli Liderə borcluyuq. Bu gün Fəxri xiyabanda gördüyünüz bu izdiham əvəzsiz şəxsiyyətin xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsidir.