ELM VƏ TƏHSİL
Olqa Həşimova: Müzəffər Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymayacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan Ordusunun qələbələri göstərir ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmayacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) təhsil pilləsinin direktor müavini Olqa Həşimova deyib.
“30 il ərzində davam edən işğala gec-tez son qoyulmalı idi. Həmin o tarixi zaman yetişib. Biz hamımız Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək, ön və arxa cəbhədə düşmənə layiqli cavab verməli, məsələni birdəfəlik həll etməliyik. Bu, qürur və Vətən borcu məsələsidir. Cəbhədə şanlı Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, ərazi bütövlüyümüzün bərpa olunması üçün əlindən gələni edir. Bu gün təkcə Azərbaycan gəncliyi yox, cavan və yaşlısından, kişi və qadınından asılı olmayaraq bütün cəmiyyət ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır!”, - deyə O.Həşimova vurğulayıb.