Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ombudsman Kimyəvi Müharibə Qurbanlarının Anım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib

Ombudsman Kimyəvi Müharibə Qurbanlarının Anım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 30 noyabr - Kimyəvi Müharibə Qurbanlarının Anım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir: “Noyabrın 30-u hər il dünya ictimaiyyəti tərəfindən Kimyəvi Müharibə Qurbanlarının Anım Günü kimi qeyd olunur. Bu gün “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” 1992-ci il 30 noyabr tarixli Konvensiyanın iştirakçısı olan dövlətlərin Konfransının 2015-ci il noyabrın 30-da Niderlandın Haaqa şəhərində keçirilmiş 20-ci sessiyasının qərarı ilə elan edilmişdir.

Anım gününün əsas məqsədi kimyəvi müharibə qurbanlarına ehtiram göstərmək, həmçinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının kimyəvi silah təhlükəsinin aradan qaldırılması ilə bağlı öhdəliklərini təsdiqləmək, bununla da sülh, təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq məqsədlərini təbliğ etməkdən ibarətdir.

Kimyəvi silahların istifadəsini tamamilə qadağan etməyi və müvafiq nəzarət mexanizmini yaratmağı əsas məqsəd kimi qarşıya qoymuş Konvensiyanı ilk imzalayan ölkələrdən biri olan Azərbaycan Respublikası 1999-cu ilin noyabrın 9-da Milli Məclis tərəfindən qəbul edilmiş Qanuna əsasən həmin beynəlxalq sənədi ratifikasiya etmişdir. Bununla da ölkəmiz bu Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədar 1997-ci il aprelin 29-da təsis olunmuş Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının tamhüquqlu üzvü olmuşdur.

Bundan əlavə, Azərbaycan Respublikasında “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” 2020-ci il 8 may tarixli Qanun qəbul olunmuşdur.

Sülhün və bəşəriyyətin təhlükəsizliyinin, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədinə xidmət edən həmin Qanunda zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahı olan kimyəvi silahın anlayışı ətraflı şəkildə öz əksini tapmışdır.

Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən kimyəvi silaha qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların müvafiq qurumları ilə, habelə kimyəvi silaha qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Təəssüflə qeyd etmək istəyirəm ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektlərini qadağan olunmuş silahlardan istifadə edərək intensiv şəkildə atəşə tutmaqla müharibə cinayətlərini, sülh və insanlıq əleyhinə cinayətlərini davam etdirmişdir.

Fəal döyüş əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəfə almaq, çoxsaylı dinc sakini, o cümlədən uşaq və qadınları qətlə yetirmək, tarixi, mədəni və dini abidələri, qəbiristanlıqları əməliyyat-taktiki ballistik raket kompleksindən və ağır artilleriya qurğularından istifadə etməklə atəşə tutmaq Ermənistanın törətdiyi cinayətlərin yalnız bir hissəsini təşkil edir.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə əlaqədar 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı fosfor tərkibli kimyəvi silahlardan dəfələrlə istifadə edilmişdir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Azərbaycanın ərazisində apardığı əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağan edilmiş ağ fosfor (P-4) tərkibli mərmilər aşkar olunmuşdur.

Fosfor tərkibli kimyəvi silahların ən zəhərli növü hesab edilən sarıyaçalan ağ rəngli kristal maddədən ibarət ağ fosfor qaranlıqda göyümtül işıq saçaraq oksidləşir və xırdalanmış halda adi şəraitdə alovlanır. Ağ fosforun atmosferdəki oksigen ilə birləşməsi nəticəsində əmələ gələn yanğın zamanı temperatur +1000 dərəcəni keçir. Partlayış anında 200-400 metr radiusda yandırma qabiliyyəti olan fosforlu bombaların yaratmış olduğu təhlükə yalnız həmin ərazi ilə məhdudlaşmır, eyni zamanda su və hava vasitəsilə yayılaraq digər ölkələrə də mənfi təsir göstərə bilər.

Məlumdur ki, beynəlxalq sənədlər silahlı münaqişələrdə insan hüquqlarının qorunmasında vacib mexanizm kimi çıxış edir. Lakin təcavüzkar Ermənistan dövləti mülki əhalinin müharibələr dövründə qorunması ilə birbaşa bağlı olan bir çox beynəlxalq sənədlərin tələblərinə zidd olaraq Azərbaycana qarşı qadağan olunmuş silahlardan, o cümlədən kimyəvi silahlardan istifadə etmişdir.

Bu isə o deməkdir ki, təcavüzkar Ermənistan dövləti iştirakçısı olduğu Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, bununla yanaşı, Quru müharibəsi qanunları və adətləri haqqında IV Haaqa Konvensiyasının, Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair IV Cenevrə Konvensiyasının və Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarına I Əlavə Protokolun, Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyasının, ona Əlavə Protokolun, Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamənin, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və insanlığın müdafiəsinə yönəldilmiş bir çox beynəlxalq müqavilələrin tələblərini kobudcasına pozmuşdur.

Qeyd olunan faktlara əsaslanaraq, 30 noyabr - Kimyəvi Müharibə Qurbanlarının Anım Günündə beynəlxalq ictimaiyyətə, o cümlədən kimyəvi silahların qadağan edilməsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, Azərbaycan Respublikasının mülki əhalisinə qarşı qadağan olunmuş kimyəvi silahlardan istifadə edərək müharibə cinayətləri törətməklə onların fundamental hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına rəvac vermiş Ermənistan Respublikasına münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırırıq”.

Qeyd edək ki, müraciət BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali komissarına, Qaçqınlar üzrə Ali komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb