CƏMİYYƏT


On adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb

Bakı, 4 avqust, AZƏRTAC

“Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 26-dan 30-dək ümumilikdə 10 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub.

Qeydiyyata alınan baytarlıq preparatlarından 6-si Rusiya, 1-i Türkiyə, 1-i İtaliya, 1-i Hindistan, 1-i isə Polşa istehsalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.