MƏDƏNİYYƏT
On iki nömrəli musiqi məktəbinin şagirdləri hesabat konserti ilə çıxış edib
Bakı, 12 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti verib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsert dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutub.
Məktəbin şagirdləri İ.Bax, V.Motsart, L.Bethoven, E.Qriq, D.Kabalevskiy, A.Rzatevin və T.Quliyevin əsərlərini səsləndiriblər.
Konsertdə respublika və beynəlxalq müsabiqələrin qalibləri ilə yanaşı, səhnədə ilk addımlarını atan şagirdlər də iştirak ediblər.
Həmçinin respublika xor kollektivləri müsabiqəsinin qalibi olmuş məktəbin birləşmiş xor kollektivi konsertdə uğurla çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]