SİYASƏT


Ontarionun Baş naziri müstəqillik günü münasibətilə Kanada Azərbaycan Assosiasiyaları Assambleyasına təbrik məktubu göndərib

Bakı, 18 oktyabr, AZƏRTAC

Kanadanın Ontario əyalətinin Baş naziri Katlin Vin Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümü ilə əlaqədar Toronto şəhərində fəaliyyət göstərən Kanada Azərbaycan Assosiasiyaları Assambleyasına təbrik məktubu göndərib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdıran Baş nazir Kanada Azərbaycan Assosiasiyaları Assambleyasına Azərbaycanın zəngin mədəniyyətini və irsini təbliğ etmək üçün icmaları bir araya topladığına görə təşəkkürünü bildirib. O, Azərbaycan ilə Ontario arasındakı dostluq əlaqələrini qeyd edib, bu münasibətlərin Kanada rəsmilərinin ölkəmizə səfərindən sonra daha da gücləndiyini vurğulayıb. Qeyd edib ki, Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əməkdaşlıq üçün imkanlar araşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.