ELM VƏ TƏHSİL


Ötən ay 51 nəfərə elmi dərəcə verilib

Ötən ay 51 nəfərə elmi dərəcə verilib

Bakı, 3 fevral, AZƏRTAC

Yanvar ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Prezident yanında Ali Attestasiya Komissiyasından AZƏRTAC-a bildirilib ki, ötən ay 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Həmçinin 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə imtina cavabı gəlib.

Yanvar ayı ərzində 10 nəfərə dosent, 1 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.