ELM VƏ TƏHSİL
Ötən ay Mərkəzi Elmi Kitabxanaya iki minədək sənəd təqdim edilib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına 2018-ci ilin noyabrında ümumilikdə 1864 sənəd təqdim olunub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, onlardan 11-i dissertasiya, 114-ü avtoreferat, 684-ü hədiyyə kitab, 255-i hədiyyə jurnal, 197-si pulsuz məcburi nüsxə kitab, 85-i pulsuz və məcburi nüsxə jurnal, 431-i qəzet, 27-si isə elektron resursdur. Sənədlərin altısı ilə bağlı müəllif müqaviləsi imzalanıb, biri isə ödənişli əsaslarla əldə edilib. Beynəlxalq kitab mübadiləsi yolu ilə daxil olan sənədlərin sayı isə 53 nüsxədir.