CƏMİYYƏT


Ötən ay nikaha daxil olmaq istəyən 18 min nəfərə yaxın gənc tibbi müayinədən keçib

Bakı, 17 avqust, AZƏRTAC

"Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar 2015-ci il iyunun 1-dən nikaha daxil olmaq istəyənlər tibbi müayinədən keçirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a xəbər veriblər ki, ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu iki ildən artıq müddətdə 309 min 224 nəfər müayinə olunub. Təkcə ötən ay ailə qurmaq arzusunda olanlardan 17 min 793 nəfər tibbi yoxlamalardan keçib.

Həmin müddətdə müayinələrdən keçənlərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar edilsə də, ümumilikdə onların əksəriyyətinin sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Tibbi müayinədən keçən 12 min 594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.