REGİONLAR


Ötən il muxtar respublikada 187 milyon manatlıq inşaat işləri yerinə yetirilib

Ötən il muxtar respublikada 187 milyon manatlıq inşaat işləri yerinə yetirilib

Naxçıvan, 13 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 2019-cu ildə muxtar respublikada 187 milyon 979 min manatlıq inşaat işləri yerinə yetirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən kollegiya iclasında səsləndirilib.

İclasda komitənin sədri Hicran Rüstəmov çıxış edərək bildirib ki, 2019-cu il ərzində müasir tələblər əsasında inşa olunmuş yeni obyektlər istifadəyə verilib, sosial problemlərin həllinə xidmət edən infrastruktur sahələri yaradılıb.

Vurğulanıb ki, Şərur rayonunun Kərimbəyli, Qışlaqabbas, Xələc, Muğanlı, Alışar, Yeni Havuş, Babək rayonunun Kültəpə, Gülşənabad, Şahbuz rayonunun Türkeş, Ordubad rayonunun Dəstə kəndlərində kənd mərkəzlərinin tikintisi və ya yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilib, Şərur rayonunun Muğancıq Mehrab, Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində isə kənd mərkəzlərinin tikintisi davam etdirilir. Muxtar respublikanın 12 kəndində müasir xidmət mərkəzi istifadəyə verilib. Hazırda Şərur rayonunun Muğancıq Mehrab, Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilir.

Diqqətə çatdırılıb ki, qeyd edilən dövrdə Naxçıvan şəhərində altı yaşayış binası yenidən qurularaq, Kəngərli, Sədərək, Babək rayonlarının hər birində bir yaşayış binası tikilərək istifadəyə verilib. Həmçinin Naxçıvan şəhərində iki, Şərur, Şahbuz və Ordubad şəhərlərinin hər birində isə bir yaşayış binasının inşası davam etdirilib.

“2019-cu il ərzində muxtar respublika üzrə 93,9 kilometr uzunluğunda yeni asfalt yol salınıb, 3 körpünün tikintisi, 3 körpünün əsaslı təmiri, Şərur rayonunun Kərimbəyli, Muğanlı, Yeni Havuş, Xələc, Qışlaqabbas, Alışar, Babək rayonunun Kültəpə, Gülşənabad, Şahbuz rayonunun Badamlı, Türkeş kəndlərində avtomobil yollarının və Ordubad rayonunun Anaqut, Dəstə, Kəngərli rayonunun Böyükdüz kəndlərinin daxili avtomobil yollarının yenidən qurulması işləri də başa çatdırılıb”, – deyən komitə sədri bildirib ki, eyni zamanda Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayonunun Vənənd, Şərur rayonunun Muğancıq Mehrab kəndlərinin və Şərur şəhərinə gedən yolun giriş hissəsinin yenidən qurulması işləri davam etdirilib.

Sonra rayonlarda həyata keçirilən tikinti-quruculuq və abadlıq tədbirləri haqqında çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.