REGİONLAR
Ötən mövsüm yüksək gəlir götürən salyanlı fermer sarımsaq əkini sahələrini 25 hektara çatdıracaq
Salyan, 21 sentyabr, Mahir Babayev, AZƏRTAC
Salyanda payızlıq sarımsaq əkininə başlanılıb. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün fermerlər bu bitkinin əkininə daha çox maraq göstərirlər.
Sarımsaq ən çox rayonun Yenikənd kəndində əkilib-becərilir. Kənd sakini, fermer Ələddin Fərəcov ötən il 17 hektar sahədə sarımsaq əkib. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, üçüncü ildir sarımsaq yetişdirir. Ötən il 17 hektar sahədən 170 tondan çox məhsul götürərək, bazarda yüksək qiymətə satıb.
Yaxşı gəlir götürən fermer bu il 25 hektar sahədə sarımsaq becərmək niyyətindədir. Bunun üçün o, kifayət qədər toxum əldə edib, digər hazırlıq işlərini görüb. Artıq iki-üç gündür ki, fermer payızlıq sarımsaq əkininə başlayıb.