DÜNYA
Ötən sutka ərzində İranda koronavirusdan 197 nəfər həyatını itirib
Tehran, 31 iyul, AZƏRTAC
Son 24 saat ərzində İranda 2674 nəfər koronavirusa yoluxub, 197 nəfər vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə gündəlik mətbuat konfransında İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib. O qeyd edib ki, ölkə üzrə yoluxanların ümumi sayı 304 min 204 nəfərə, ölənlərin sayı isə 16 min 766-ya çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 263 min 519 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4021 xəstənin vəziyyəti ağır olaraq qalır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]