Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Özbəkistan-Azərbaycan münasibətlərinin indiki strateji istiqamətləri Ümummilli Liderin zamanında müəyyənləşdirilib

Özbəkistan-Azərbaycan münasibətlərinin indiki strateji istiqamətləri Ümummilli Liderin zamanında müəyyənləşdirilib

Bakı, 24 iyun, AZƏRTAC

Mərkəzi Asiyada regionun beş dövlətinin tam mərkəzində yerləşən Özbəkistan tarixi və coğrafi baxımdan regiondakı bütün məsələlərlə əlaqəli olmaqla yanaşı, indiki məqamda müasir Özbəkistan Mərkəzi Asiyada siyasi transformasiyalar üçün yeni temp müəyyən edir. Özbəkistan-Azərbaycan cari münasibətlərinin strateji istiqamətlərini İslam Kərimovun 1996-cı ildə Azərbaycana, ümummilli lider Heydər Əliyevin isə 1997-ci ildəki Özbəkistana səfərləri müəyyən etməklə yanaşı, hazırda Özbəkistan və Azərbaycan arasında imzalanan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə ilə vahid və yüksək səviyyəyə qaldırılan qarşılıqlı və çoxtərəfli fəaliyyət mexanizmi bundan sonra sinxron addımların atılmasında fundamental bazislərdən birini təşkil edəcək. Nəticə etibarilə, Azərbaycan-Özbəkistan əlaqələrinin praktiki nəticəsi Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyətə də olduqca güclü təkan verəcək.

Prezident İlham Əliyevin postpandemiya dövrünün ilk rəsmi səfərlərindən birini məhz Özbəkistana etməsi, bu səfərin 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşməsi, səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılması səfəri olduqca xüsusi edən başlıca məqamlardır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin adının mənasını açması, dahi Lideri haqlı olaraq Azərbaycan xalqının bələdçisi adlandırması ilə özbəklər Azərbaycan xalqının qəlbini yenidən fəth etdi desək yanılmarıq. Azərbaycan xalqına bir fakt da yaxşı məlumdur ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər zaman dəyişməz və qəti mövqe göstərib. Sözügedən dövlət BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Özbəkistanda Ermənistan səfirliyinin, Ermənistanda isə Özbəkistan səfirliyinin fəaliyyət göstərməməsi bu qətiyyəti, dostluğu və qardaşlığı əyani sübut edən daha bir mühüm faktdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

O bildirib ki, tək amal, məqsəd naminə birgə fəaliyyət öz müsbət nəticələrini verir. Qardaş xalqlar arasında artıq dostluq mühitinin dərinləşdirilməsi, intensiv iş sayəsində praktiki olaraq Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrin yenilənməsi baş verir. Bu isə ondan xəbər verir ki, Mərkəzi Asiya Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Qırğız Respublikasının Prezidentinin 2022-ci ilin aprel ayında Azərbaycana səfər etməsi, Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması, noyabr ayında dövlətimizin başçısının Səmərqəndə baş tutacaq səfəri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxın zamanda Azərbaycana səfərinin gözlənilməsi, həmçinin dövlətimizin başçısının Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycana səfərə dəvət etməsi ondan xəbər verir ki, hazırda dünyada gedən proseslər fonunda müxtəlif aktorların regionda daha dominant olmaq meyilindən, Azərbaycanın isə öz növbəsində davam etdirilən çoxşaxəli və konstruktiv siyasətindən əlavə Mərkəzi Asiya regionu xarici siyasətimizdə mühüm prioritetdir. Öz növbəsində Özbəkistanın da qonşu ölkələrlə yürütdüyü siyasət istiqamətinin mərkəzində Mərkəzi Asiyada ən yaxın qonşuları ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməsi məhz buna impuls verən amildir. Mərkəzi Asiyada geosiyasi və sosial-iqtisadi şəraitin birləşməsinə görə Özbəkistana bu inteqrasiyada birləşdirici və fundamental aktor rolu verilir. Mərkəzi Asiyanın qardaş xalqlarının sosial-iqtisadi, mədəni və humanitar həyatının bütün sahələrində dostluq və mehriban münasibətlər ideyalarının uğurlu təbliğində Özbəkistan aparıcı aktor, hərəkətverici qüvvədir. Obrazlı şəkildə ifadə etsək bütün bunlar sərhədlərimizin cari durumunun sonrakı dövrdə cızıldığı reallığı, mövcud çərçivələr baxımından deyil, tarix boyu əhatə etdiyimiz nəhəng coğrafiya, eyni soykökü, etnik mənşə, dil baxımından milli ruha geridönüşdür.

Politoloqun sözlərinə görə, Mərkəzi Asiya regionu həm də böyük bazardır. Bu baxımdan Özbəkistan-Azərbaycan münasibətlərinə təkan verəcək digər strateji istiqamət olan nəqliyyat kommunikasiyalarının inkişafı vacib əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcminin artdığı reallığını nəzərə alsaq dövlət başçıları yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq məsələsi üzərində xüsusi dayandılar. Bu amil hərtərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyi qədər nəinki iki dövlətə və xalqa, bütün tərəflərə stabillik və rifah vəd edir. Dünyada baş verən hadisələr fonunda Azərbaycanın da yerləşdiyi “mərkəzi koridor”un əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü düşünülmüş və konkret nəticələrə istiqamətlənmiş siyasət nəticəsində Azərbaycanda bir sıra nəqliyyat-logistika infrastrukturu yaradılaraq ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş Azərbaycan vasitəsilə Özbəkistan mənşəli yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Özbəkistanda maşınqayırma, məişət texnikası istehsalı misli görünməmiş sürətlə inkişaf edir. Kənd təsərrüfatı məhsullarının becərilməsi və emalının həcmi qonşu respublikalarla müqayisədə daha yüksək səviyyədədir. Bu faktlar fonunda nəzərə alsaq ki, bu gün dünyanı təhdid edən prioritet məsələlərdən biri ərzaq təhlükəsizliyi məsələsidir, o zaman Özbəkistan və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində daha sıx işləmək barədə sənədin imzalanması müasir dövrün çağırışlarına cavab verən olduqca mühüm məsələdir. Özbəkistan dövlət başçısının Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşmanın çox inkişaf etdiyini vurğulaması və kənd təsərrüfatında rəqəmsallaşmanın bu təcrübəsini öyrənməkdə maraqlı olduqlarını ifadə etməsi Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlarının konkret və səmərəli nəticələrinin artıq ölkə sərhədlərini aşdığından, Azərbaycanın təcrübəsinə dünya səviyyəsində rəğbət və marağın olmasından xəbər verir.

“Hamıya məlumdur ki, Özbəkistanın yürütdüyü siyasətlə Mərkəzi Asiyanın sabitliyinə verdiyi böyük töhfə regional təhdidlərə qarşı sipərdir. Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan öz resurslarına güvənməklə yanaşı, həm də yürüdülən müstəqil, yeni xarici siyasətinin məntiqi konseptuallaşdırılmasının ardıcıl və sistemli şəkildə praktiki dostluq və etimad mühiti yaratmaq üçün çalışan bir ölkə obrazını yaratmaqla bunu dünya ictimaiyyətinin nəzərinə çatdırmağa nail oldu. Azərbaycan xarici siyasətinin istiqaməti kimi Özbəkistanın xarici siyasətinin də əsas elementi sülhsevər mövqedir. Müasir Özbəkistanın daxili və xarici siyasətinin konsepsiyaları məhz bu prinsip əsasında qurulur. Azərbaycan kimi Özbəkistanın milli müstəqilliyi ideyası da millətlərarası və konfessiyalararası tolerantlıq prinsiplərinə möhkəm əsaslanır və bu ölkə dünya dövlətləri ilə səmimi dialoqa və əməkdaşlığa açıqdır. Yürüdülən oxşar siyasət üzərindən beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsinin aparılması, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində planların cızılaraq Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin və Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Sazişin imzalanması hər iki ölkənin ortaq mövqedə olduğundan, güclərini birləşdirməkdə, komplektləşdirməkdə maraqlı və qətiyyətli olduqlarından xəbər verir. Şavkat Mirziyoyev təcrübəli siyasətçi, konsensusa gələ bilən praqmatist liderdir. Məhz bu şəxsi keyfiyyətləri Prezident İlham Əliyevin yüksək şəxsi keyfiyyətləri ilə analoji olduğu üçün dövlətlər və xalqlar arasında mövcud səmimi münasibətlərin təməlində iki dövlət başçısı arasında dayanan səmimi dostluq, qardaşlıq dayanır”, - deyə Ş.Həsənova qeyd edib.

O bildirib ki, ölkəyə investisiya cəlb etmək üçün Azərbaycan və Özbəkistan demək olar ki, eyni addımlar atır. Azərbaycanda istənilən miqyasda, o cümlədən kiçik bizneslə məşğul olmaq üçün vergi, gömrük, kredit güzəştləri yaradıldığı kimi bu müsbət tendensiyalar eynilə Özbəkistanda da tətbiq edilir. Bu nöqteyi-nəzərdən heç şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafında Özbəkistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Məhz bu amil əsas tutulmaqla əsas prioritet ticarəti və sənaye kooperasiyasını genişləndirməkdir. Nəzərə alsaq ki, iki ölkənin potensialı, imkanları yarım milyard dollardan artıq məbləğdə sazişlər və kontraktlardan qat-qat artıqdır, deməli, bu istiqamətdə mühüm irəliləyişləri aktivləşdirmək lazımdır. İqtisadi əməkdaşlığın mövcud potensialından maksimum istifadə etmək üçün hər iki tərəfin səyləri, cari vəziyyətdə atılan addımlar işgüzar əməkdaşlığın intensivləşdirilməsi üçün əlavə stimul oldu ki, bu stimul da iş adamları arasında dialoqun genişlənməsində həlledici rol oynayacaq. Azərbaycan Mərkəzi Asiyanın ürəyində yerləşən, böyük iqtisadi və strateji imkanlara malik Özbəkistanın potensialından istifadə etməkdə maraqlı olduğu qədər, Özbəkistan da öz növbəsində Cənubi Qafqazın ən mühüm aktoru olan Azərbaycanın potensialından istifadə etməkdə maraqlıdır.

Ş.Həsənova diqqətə çatdırıb ki, iki dövlətin hökumətlərarası komissiyalarının sədrlərinin, həmsədrlərinin hər ay fikir mübadiləsi aparacaqları, hətta görüşəcəkləri, hər iki dövlətin prezidentlərinin hər ay işlərin gedişini yoxlayacaqları barədə fikirlər səsləndirilməsi münasibətləri tamamilə yeni səviyyəyə qaldırmaq qətiyyətindən, tarixi səfərin konkret nəticəyə fokuslandığından xəbər verir. Konkret nəticə dövlətlərarası münasibətlərdən iki ölkənin xalqına sirayət edəcək ki, bu da olduqca uzun hədəflərə fokuslanmış məqsədyönlü və strateji addımdır.

Özbəkistan və Azərbaycan arasında qarşılıqlı tərəfdaşlıq, çoxşaxəli əməkdaşlıq hər iki ölkə üçün prioritet sahədir və bu, hüquqi bazaya, mövcud müqavilələrə və sazişlərə əsaslanır. Azərbaycan xalqı Özbəkistanın nəhəng turizm potensialından, tarixi abidələrindən yaxşı xəbərdardır. Prezident İlham Əliyevin tarixi yerlərə səfəri də iki ölkənin qarşılıqlı olaraq bir-biri üçün əhəmiyyətli turizm bazarlarından biri olduğunu göstərir. Özbəkistan təkcə coğrafi baxımdan Mərkəzi Asiyanın ürəyi deyil, bu ölkə həm də Mərkəzi Asiya regionunda əsas fiqurdur və onun iştirakı olmadan heç bir məsələ həll oluna bilməz.

“Azərbaycanlılarla özbəklər arasında çoxəsrlik ənənəvi bağ mövcuddur. Azərbaycanlılar özbək sənətinə rəğbət bəslədiyi kimi özbəklər də Azərbaycan sənətinə rəğbətlərini hər məqamda ifadə edirlər. Azərbaycan və Özbəkistan arasında əsas həqiqət odur ki, bizim kökümüz eynidir, hər ikimiz türk xalqıyıq. Bundan əlavə, iki dövlətin tarixi-siyasi cəhətdən ortaq tale yaşaması, xalqlarımıza qarşı tətbiq edilən siyasi tendensiya bizi daha da bir-birimizə sarılmağa sövq etdi. Bu baxımdandır ki, ötən əsrin 66-cı ilində baş verən güclü zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlıların fəal iştirakı, tarixdə “çörək şəhəri” adını qazanaraq xilaskarlıq missiyasını öz üzərinə götürən, sülh, dostluq, xeyirxahlıq ünvanı olan rəsmi Daşkəndin isə illər sonra öz ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa etməsi amili əcdadlarımızın min illər boyu bir-birini zənginləşdirən təması, qardaşın dar günündə qardaşa uzanan əlidir. Prezident İlham Əliyevin istər ölkənin birinci rəsmi şəxsi Prezident Şavkat Mirziyoyev tərəfindən, istərsə də yüksək səviyyəli məmurlar və xalq tərəfindən olduqca böyük səmimiyyətlə qarşılanması, qalib Lider kimi, doğma qardaş kimi sinələrinə basması, rəsmi görüntülər qədər, qeyri-rəsmi görüşlər zamanı süjetə düşən kadrlar bizə bunları deməyə tam əsas verir”, - deyən Şəbnəm Həsənova fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb