MƏDƏNİYYƏT
Özbəkistan portalında Azərbaycanla bağlı məqalə və fotoreportaj yerləşdirilib
Daşkənd, 5 oktyabr, AZƏRTAC
Özbəkistanın Qalampur.uz portalında Azərbaycan haqqında özbək dilində məqalə və “Bakıdan eksklüziv fotoreportaj” adlı material yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə paytaxtımızın və Bakı neftinin tarixi haqqında məlumat verilir, bu qədim şəhərdə yaşayan millətlər və xalqlar haqqında söhbət açılır. Vurğulanır ki, müsəlman Şərqində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Bu, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasıdır.
Portalda, həmçinin Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, habelə Bakı həyatını əks etdirən 37 maraqlı foto yerləşdirilib.
Qeyd edək ki, məqalə və fotoreportaj Azərbaycan Mədəniyyət Nazirliyinin, ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bu ilin iyun ayında respublikamıza təşkil olunmuş mediatur zamanı hazırlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd