DÜNYA


Özbəkistana 500 min dozadan çox “Pfizer/BioNTech” peyvəndi gətirilib

Daşkənd, 19 oktyabr, АZƏRTAC

Bu gün Özbəkistana “Pfizer” şirkətinin istehsalı olan 500 min doza “Pfizer/BioNTech” peyvəndi gətirilib.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bundan əvvəl ölkəyə 1,2 milyon doza “Pfizer/BioNTech” peyvəndi göndərilmişdi. Bununla da Özbəkistana gətirilən bu peyvəndin sayı 1 milyon 726 min 500 dozaya çatıb.

Ümumiyyətlə ölkəyə indiyədək 29 milyon 214 min 488 doza vaksin gətirilib.

Məlumatda qeyd edilir ki, hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə olunur.

İlin sonunadək bu ölkədə 7 milyon insanın peyvənd olunması nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.