DÜNYA
Özbəkistanda Məhəllə və Ailə Nazirliyi yaradılıb
Daşkənd, 21 fevral, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Fərmanı ilə ölkədə Məhəllə və Ailə Nazirliyi yaradılıb.
AZƏRTAC xəbər verir ki, Şavkat Mirziyoyevin sərəncamları ilə Raxmat Mamatov nazir, Aziz İkramov, Botir Parpiyev və Elmira Basitxanova nazir müavinləri təyin olunublar.
Yeni nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri “Firavan və təhlükəsiz məhəllə” prinsipinin cəmiyyətdə səmərəli tətbiqini, həmçinin ailədə və məhəllədə sosial-mənəvi ab-havanı sağlamlaşdırmaq üçün vətəndaş özünüidarə orqanları ilə sıx əməkdaşlığı həyata keçirməkdir.
Fərmana əsasən, Nazirlər Kabineti yanında “Ailə” Elmi-Praktik Tədqiqat Mərkəzinin və “Məhəllə” Tədris və Elmi-Tədqiqat Mərkəzinin bazasında “Məhəllə və ailə” Elmi-Tədqiqat İnstitutu da yaradılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]