DÜNYA
Özbəkistanda Quran səhifəsinin dünyada ən böyük əlyazma nüsxəsi hazırlanıb
Daşkənd, 13 may, AZƏRTAC
Özbəkistanda müqəddəs Quran səhifəsinin dünyada ən böyük əlyazma nüsxəsi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, əlyazma səhifəsi XIV əsrdə Teymurilər İmperiyasının üçüncü hökmdarı Şahrux Mirzə üçün Baysunkar Mirzə tərəfindən üzü köçürülən Quranın bir səhifəsinin böyüdülmüş nüsxəsidir.
Səhifənin hazırlanması üçün Yaponiyadan qızıl suyu ilə işlənmiş kağız, Türkiyədən rənglər gətirilib.
Quran səhifəsi özbək xəttatı Nəcməddin Fayazi tərəfindən 6 ay müddətinə hazırlanıb.
Daşkənddəki İslam Mədəniyyəti Mərkəzinin rəhbəri Şoazim Munavvarov jurnalistlərə bildirib ki, səhifənin Ginnesin Rekordlar kitabına salınması üçün sənədlər hazırlanır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]