DÜNYA


Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

Daşkənd, 5 aprel, АZƏRTAC

Koronavirusla əlaqədar Özbəkistanda aprelin 5-dən karantin rejimi daha da sərtləşdirilib.

AZƏRTAC Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, bu gündən küçəyə velosiped və skuterlərlə də çıxmaq qadağan olunub.

Xatırladaq ki, Özbəkistanda martın 16-dan aprelin sonunadək xarici ölkələrlə nəqliyyatın, martın 27-dən vilayətlər arasında ictimai nəqliyyatın hərəkətinə, martın 30-dan aprelin 20-dək fərdi maşınların küçəyə çıxmasına tam qadağa qoyulub. Dövlət və xidmət sahələrinin maşınları xüsusi icazə vərəqələri ilə işləyir. Ölkədə koronavirusa tutulanların sayı 266 nəfərdir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.