DÜNYA
Özbəkistanda xalq təbabəti ilə xidmət göstərilməsinə rəsmi icazə verilib
Daşkənd, 17 oktyabr, АZƏRTAC
Özbəkistanda xalq təbabəti ilə əhaliyə xidmət göstərilməsinə rəsmi icazə verilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Xalq təbabətinin inkişafı üzrə ilknövbəli Tədbirlər Proqramı”nı təsdiq edib. Sənəddə bildirilir ki, xalq təbabəti əhaliyə tibbi xidmət göstərilməsində əlavə metod sayılır, bu üsulla müalicə edən şəxslər isə öz fəaliyyətlərinə görə qanun qarşısında məsuliyyət daşıyırlar.
Bu proqram çərçivəsində ali tibb təhsili müəssisələrinin müalicə işi, pediatriya, tibbi pedaqogika fakültələrində xalq təbabəti üzrə xüsusi dərslər keçiriləcək. Proqramda Daşkənd Həkimləri Təkmilləşdirmə İnstitutunda “Xalq təbabəti” kafedrası və təkmilləşmə kursunun açılması da nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]