İQTİSADİYYAT


Özəlləşdirilmə nəticəsində qəbul olunan əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz vergi tutulur

Bakı, 23 sentyabr, AZƏRTAC

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində şirkət öz balansına hər hansı bir əmlak qəbul etdiyi halda bu əməliyyatdan vergi öhdəliyi yaranırmı?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualı ilə bağlı bildirilib ki, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır və vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür.

Bu səbəbdən də müəssisələr balansında olan, o cümlədən özəlləşdirilmə nəticəsində qəbul olunan əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi hesablamalı, bəyan etməklə dövlət büdcəsinə ödəməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.