DÜNYA
PAKİSTAN MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURALAR DƏRC EDİLMİŞ ÖLKƏLƏRDƏN TİBB PREPARATLARI İDXALINI DAYANDIRIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Pakistan Məhəmməd Peyğəmbərə karikaturalar dərc olunmuş ölkələrdən tibb preparatları idxalından imtina etmişdir.
Səhiyyə naziri Məhəmməd Nəsir Xan bildirmişdir ki, bu tədbir ilk növbədə Danimarkaya aiddir. O, Danimarkada və sonra bir sıra digər Qərb ölkələrində bu karikaturaların dərc olunmasını qəsd kimi qiymətləndirmiş və vurğulamışdır ki, Pakistan belə “ağılsızcasına atılmış addımlar”a dözməyəcəkdir.
Nazirin sözlərinə görə, son iki ildə Pakistan 45 ölkədən 304,5 milyon dollarlıq tibb preparatı almışdır.
Bununla belə, Pakistan XİN ölkənin nüfuzlu müsəlman təşkilatlarının Məhəmməd Peyğəmbərə karikaturaların dərc olunduğu dövlətlərin hamısından səfirləri geri çağırmaq çağırışlarını rədd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]