RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Türkiyə Prezidenti dövlətimizin başçısını ötən bayramlar – Dövlət müstəqilliyi günü və Ramazan bayramı münasibətilə təbrik etmiş, ona yüksək dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır. Cənab Sezər Prezident İlham Əliyevi bu ay Türkiyədə keçiriləcək Türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısında iştiraka dəvət etmişdir.
Dəvəti minnətdarlıqla qəbul edən dövlətimizin başçısı tədbirin türkdilli ölkələr və xalqlar arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycan Prezidenti eyni zamanda bayram təbriklərinə görə təşəkkürünü bildirərək, qarşıdan gələn Cümhuriyyət günü münasibətilə Türkiyə Prezidentinə və xalqına səmimi arzularını çatdırmışdır.
Azərbaycan və Türkiyə Prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluqlarını bildirmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.