RƏSMİ XRONİKA


PREZİDENT İLHAM ƏLİYEVİN PARİSƏ İLK RƏSMİ SƏFƏRİ AZƏRBAYCAN-FRANSA ƏMƏKDAŞLIĞININ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYMASINDA MÜSTƏSNA ROL OYNAYACAQDIR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ

FRANSA SENATINDA QARŞILANMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində ilk rəsmi görüşü yanvarın 22-də Fransa Senatında olmuşdur.

Azərbaycanın və Fransanın dövlət bayraqları ilə bəzədilmiş Senatın binası - “Petit Lüxsemburq” sarayı qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı Fransa Senatının sədri Kristian Ponsöle böyük hörmət və ehtiramla, səmimiyyətlə qarşıladı.

Azərbaycan Prezidenti və Fransa Senatının sədri hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin