Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Pakistan ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

İslamabad, 5 iyun, АZƏRTAC 

Pakistanın “Centreline” diplomatik jurnalının iyun buraxılışında və jurnalın internet portalında, həmçinin dnanews.com.pk saytında Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibəsi dərc olunub.

Müsahibədə Pakistan ilə əlaqələrə dair fikirlərini bölüşən səfir Əli Əlizadə Azərbaycanın və Pakistanın qardaş ölkələr olduğunu vurğulayıb və iki ölkə arasındakı münasibətlərin qarşılıqlı inam, etimad və hörmətə əsaslandığını qeyd edib. Ölkələrimizin hər zaman bir-birinin sevinc və kədərlərini bölüşdüklərini bildirən səfir deyib: “Hər iki ölkənin rəhbərləri əlaqələrə böyük əhəmiyyət verir və hazırda əməkdaşlığımız yüksək səviyyədədir”.

Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı suala cavab verən səfir ölkəmizin sivilizasiyalararası və dinlərarası dialoqun mərkəzinə çevrildiyini, eyni zamanda, iqtisadi və mədəni körpü rolunu oynadığını diqqətə çatdırıb.

İslam dininin hər zaman sülhü, tolerantlığı, insani dəyərləri təşviq etdiyini və ümumdünya sivilizasiyasına önəmli töhfələr verdiyini bildirən Əli Əlizadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsinin əsas məqsədinin İslam dünyasında birliyi möhkəmləndirmək və İslam dinini dünyaya sülh dini kimi təbliğ etmək olduğunu diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyəti haqqında danışam Əli Əlizadə Fondun Pakistanda fəaliyyətinin 2005-ci ildən başladığını bildirərək deyib: “Bu il Pakistanda baş vermiş güclü zəlzələdən sonra Fondun prezidenti Mehriban Əliyeva Müzəffərabad şəhərində dağılan məktəbin yerində qızlar üçün yeni məktəbin inşası təşəbbüsünü irəli sürüb. Hazırda Fond məktəbi mütəmadi olaraq lazımi ləvazimatlarla təmin edir. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın bütün əyalətlərində həyata keçirilən sağlamlıq, təhsil, humanitar yönümlü layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Onun bu fəaliyyəti sözsüz ki, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşən Əli Əlizadə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayonun işğal edildiyini diqqətə çatdırıb. Bu isə ərazimizin 20 faizidir. Münaqişə nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.

Azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı barədə məlumat verən səfir qeyd edib ki, işğal edilmiş ərazilərdəki tarixi və dini abidələr, o cümlədən məscidlər dağıdılıb. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Müsahibədə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı müstəqil dövlət kimi tanımayan və onunla diplomatik münasibətlər qurmayan Pakistana minnətdarlıq ifadə edilib. Bildirilib ki, Azərbaycan hökuməti və xalqı bunu yüksək qiymətləndirir.

İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərlə bağlı suala cavab verən səfir qurumun Ermənistanı təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat olduğunu vurğulayıb. Diplomat İƏT-in daim mədəni irsin və İslam abidələrinin dağıdılmasını, demoqrafik vəziyyətin zorla dəyişdirilməsini, işğal edilmiş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyəti pislədiyini və quruma üzv ölkələri öz fiziki və hüquqi şəxslərinin həmin fəaliyyətə cəlb olunmasının qarşısını almağa çağırdığını diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı hökumətin əldə etdiyi nailiyyətlərlə bağlı danışan Əli Əlizadə müstəqillik illərində hökumətin qarşısında duran əsas vəzifələrdən birinin liberal, güclü, rəqabətədavamlı və müasir iqtisadi sistem qurmaq olduğunu deyib. O, ölkə rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində iqtisadiyyat sahəsində də strateji məqsədlərə nail olunduğunu bildirib. “İşsizlik və yoxsulluq kimi problemlər həll edilib, insanların həyat şəraiti yüksəlib. Neft və qaz hasilatından, satışından əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi turizm, kosmik sənaye, informasiya və kommunikasiya texnologiyaları, müdafiə sənayesi və digər sahələrdə canlanmaya və inkişafa səbəb olub”,- deyə səfir vurğulayıb.

İkitərəfli əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşən diplomat ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi üçün mədəni əlaqələrin də böyük əhəmiyyəti olduğunu və iki ölkə arasında bu əməkdaşlığı inkişaf etdirmək üçün sərgilərin, mədəniyyət və incəsənət proqramlarının təşkilinin faydalı olacağını qeyd edib.

Müdafiə və enerji sahələrindəki əməkdaşlıqla bağlı sualı cavablandıran səfir Pakistanın inkişaf etmiş müdafiə sənayesinə malik olduğunu və iki ölkə arasında bu sahədə birgə layihələrin həyata keçirilməsi və eyni zamanda, müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqların davam etdiyini diqqətə çatdırıb. O, həmçinin Prezident İlham Əliyevin cari ildə Pakistana səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqla bağlı Sazişin imzalandığını və artıq enerji sahəsində də əməkdaşlığa başlandığını bildirib.

Müsahibədə Əli Əlizadə bu il Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu da xatırladıb və hər iki ölkənin rəhbərlərinin və xalqlarının səyi nəticəsində ötən 25 ildə münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayaraq deyib: “Əminəm ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətləri gələcək illərdə daha da güclənəcək”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək