MƏDƏNİYYƏT


Pakistan mətbuatında “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub

İslamabad, 14 iyul, AZƏRTAC

Pakistanda nəşr edilən “İslamabad Post” qəzetində, “Diplomatic News Agency” və “Dispatch News Desk” xəbər agentliklərində, eləcə də “Centreline” jurnalında İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə əlaqədar “Bakının qala divarları: Dünya mədəni irsi“ adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə qədim Bakının tarixi və memarlıq incisi olan İçərişəhərin açıq səma altında muzey olduğu və Bakının akropolu və ya Qədim şəhər adlandırıldığı bildirilib. XIX əsrin sonlarında Azərbaycanda neft sənayesinin inkişafı ilə əlaqədar olaraq şəhərin qala divarlarından kənara çıxaraq genişləndiyi, divarların xaricində bir çox binaların inşa edildiyi və Bakının sürətlə böyüdüyü qeyd olunub.

Müəllif İçərişəhərin əzəmətinin, onun misilsiz memarlıq abidələri və şəhər planlamasının əsl küçə mənzərələri ilə vəhdətini özündə əks etdirməsini ifadə edir. İçərişəhərin ən qədim abidəsinin Bakının simvolu - Qız Qalası olduğunu bildirən müəllif XII-XV əsrə aid Şirvanşahlar Sarayının da Azərbaycan memarlığının incisi olmasından bəhs edib .

Məqalədə İçərişəhərin ərazisi, idarə edilməsi, tarixi abidələri və onların qorunması, eləcə də Qız qalası və Şirvanşahlar sarayı barədə ətraflı məlumat da oxucuların diqqətinə çatdırılıb.

Materialın sonunda İçərişəhərdə ümumbəşəri, milli və yerli əhəmiyyətli çoxsaylı tarixi binaların olduğu qeyd olunub və bu tarixi məkanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olduqdan sonra şəhər rəhbərliyi tərəfindən Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi, Bəylər məscidi və digər tarixi abidələrin qorunması və bərpası istiqamətində işlərin uğurla başa çatdırılmasından bəhs olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.