DÜNYA
Pakistanda seçki bülletenlərini daşıyan maşınlar atəşə tutulub
Bakı, 25 iyul, AZƏRTAC
Pakistanın Bəllucistan əyalətinin Buleda şəhərində seçki bülletenlərini daşıyan maşınlar atəşə tutulub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində üç hərbçi, dörd mülkü vətəndaş qətlə yetirilib. Həmçinin 10-dan çox hərbçi yaralanıb. Terror aktının İŞİD tərəfindən törədildiyi ehtimal olunur.
Pakistan Müdafiə Nazirliyindən verilən məlumata görə, yaralılar Karaçi şəhərindəki xəstəxanaya yerləşdirilib. Məlumata görə, silahli hücumun seçki prosesinə heç bir təsiri olmayıb. Pakistan Mərkəzi Seçki Komissiyasından bildirilib ki, 106 milyon seçicinin böyük əksəriyyəti səsvermədə iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]