DÜNYA


Pakistanda terror aktı nəticəsində dörd polis nəfəri həlak olub

Bakı, 12 fevral, AZƏRTAC

Pakistanın şimal-qərbində törədilmiş terror aktı nəticəsində dörd polis nəfəri həlak olub, daha üç qanun keşikçisi yaralanıb.

AZƏRTAC Pakistan KİV-lərinə istinadla xəbər verir ki, insidentin baş verdiyi Mahra qəsəbəsinin polis rəisi Vaqa Xan bildirib ki, polisin küçədə xidmət apardığı vaxt terrorçular qanun keşikçilərinin avtomobilinə atəş açıblar. Xəstəxanaya çatdırılan yaralı polislərdən ikisinin vəziyyətinin çox ağır olduğu, ölənləri sayının artacağı bildirilir.

Qəsəbənin yerləşdiyi Dera İsmayıl Xan rayonu Xeyber Paxtunxva əyalətində yerləşir. Bu ərazidə son illər onlarla terror aktı törədilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.