DÜNYA
Pakistanda terror aktı qurbanlarının sayı 50-ni ötüb
Bakı, 13 noyabr, AZƏRTAC
Pakistanın Bəlucistan əyalətindəki sufi məbədinə terror hücumu nəticəsində həlak olanların sayı artmaqda davam edir. Son məlumata görə, qurbanların sayı 52 nəfərə çatıb və 100-dək yaralı var.
AZƏRTAC xəbər verir ki, Pakistanın “Express Tribune” qəzetinin elektron versiyası terror aktının yeni təfərrüatlarını açıqlayıb. Qəzetin yazdığına görə, məbəddə partlayışı 14 yaşlı terrorçu-kamikadze törədib. Hadisə müsəlman-sufi zəvvarların dini mərasimi zamanı baş verib. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
Məbəd çətin keçilən ərazidə yerləşdiyindən və yaxınlıqda xəstəxana olmadığından yaralılar hadisə yerindən 250 kilometr uzaqda yerləşən Kəraçi şəhərinə daşınır. Ölənlərin sayının artacağı istisna olunmur.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]