ELM VƏ TƏHSİL
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
Bakı, 15 noyabr, AZƏRTAC
Pakistan UNESKO-nun Təhsil Komissiyasına sədrlik edəcək. AZƏRTAC Pakistanın PTV dövlət televiziyasına istinadla xəbər verir ki, bu ölkənin Təhsil naziri Şəfqət Mahmud bu mötəbər komissiyanın üzv ölkələrinin nazirlərinin Parisdə keçirilmiş iclasında yekdilliklə sədr seçilib.
UNESKO-nun Təhsil Komissiyasının bu qərarının Pakistan üçün böyük şərəf olduğunu qeyd edən pakistanlı nazir deyib ki, komissiya sədrliyin ona həvalə edilməsi ölkəsinin UNESKO-nun təhsil sahəsində prinsiplərinə və fəaliyyətinə sadiqliyinin əlamətidir.
Bundan bir gün əvvəl Pakistanın BMT yanında daimi nümayəndəsi Xəlil Həşmi Cenevrədə keçirilən Adi Silahlar Konvensiyasının (CCW) illik iclasının sədri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]