ELM VƏ TƏHSİL
Pakistanlı professor: UNEC-lə əməkdaşlıq etməkdə maraqlıyıq
Bakı, 14 iyul, AZƏRTAC
Pakistanın Malakand Universitetinin rektoru, professor Gül Zaman Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Ədalət Muradov pakistanlı qonağa universitetin beynəlxalq əlaqələri, mübadilə və ikili diplom proqramları, tədris prosesi haqqında ətraflı məlumat verib.
Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində olmaqdan məmnunluğunu ifadə edən professor G.Zaman UNEC-lə əməkdaşlığa önəm verdiyini bildirib.
Görüşdə hər iki universitet arasında tələbə-müəllim mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib.