DÜNYA


Paşinyan, artıq yetər, məğlubiyyətini qəbul et, məsuliyyəti öz üzərinə götür, üzr istə və sakitcə çıx get

Tehran, 20 noyabr, AZƏRTAC

Artıq yetər, məğlubiyyətini qəbul et, məsuliyyəti öz üzərinə götür, üzr istə və sakitcə çıx get.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının sədri, deputat Artur Vanetsyan baş nazir Nikol Paşinyana müraciət edərək deyib.

Ermənistanın “5-ci kanal” televiziya kanalında çıxış edən A. Vanetsiyan bildirib ki, bu gün N. Paşinyan qorxu içində yaşayır, lakin Ermənistanın siyasi qüvvələri ona təminat verə bilərlər.

Jurnalistin “N.Paşinyan nədən qorxur” sualına partiya sədri maraqlı cavab verib. O qeyd edib ki, bu gün Ermənistanda xaos baş verir, ona görə də insanların başı şəxsi problemlərinə qarışıb. Bir müddətdən sonra Azərbaycanla hərbi əməliyyatlarda 5 min əsgərin ölümü, boş büdcə, aclıq və səfalət, koronavirus infeksiyasının geniş yayılması, beyəlxalq aləmdə müttəfiqinin olmaması insanları ciddi düşündürəcək. Bütün bunların günahkarı Paşinyandır. Ona görə də onun həyatı təhlükədədir. Bu günahlarla N.Paşinyanın hakimiyyətdə qalmağa çalışması insanlarda ikrah hissi oyadır.

Qeyd edək ki, Ermənistanda 17 siyasi partiya N.Paşinyana müraciət ünvanlayaraq onun istefasını tələb edib. Hər gün Yerevanın küçələrində kütləvi aksiyalar keçirilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.