İQTİSADİYYAT
Paytaxt qəsəbələrində yollar yenidən qurulur
Bakı, 26 noyabr (AZƏRTAC). “AZVİRT” MMC ölkəmizdə bir çox layihələrin reallaşdırılmasında baş podratçı kimi iştirak etmişdir.
Müəssisənin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının uçuş-enmə zolaqlarının tikintisi və təmirindən, yol-inşaat materiallarının istehsalından ibarətdir.
AZƏRTAC “AZVİRT” MMC-in saytına istinadla xəbər verir ki, şirkət 2010-cu ilin dekabrından başlayaraq Buzovna-Mərdəkan- Qala avtomobil yolunun yenidən qurulması layihəsini həyata keçirir. Yolun ümumi uzunluğu 12,7 kilometr, hərəkət zolağının eni isə 3,5 metrdir.
Layihəyə görə, magistral yol 4 hərəkət zolağından ibarət olacaqdır. Burada 921 min kubmetr torpaq işləri görüləcək, 26 min 800 paqonmetr müxtəlif diametrli drenaj boruları çəkiləcəkdir. Hazırda yol boyu qarşıya çıxan maneələrin və eləcə də su, qaz, elektrik və rabitə xətlərinin köçürülməsi işləri görülür.
Yolun 2013-cü ildə tamamlanması planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]