İQTİSADİYYAT


Paytaxtda 832 milyon manatlıq qida, içki və tütün məhsulları istehsal olunub

Bakı, 30 noyabr, AZƏRTAC 

Cari ilin yanvar-oktyabr aylarında Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 832 milyon manatlıq məhsul istehsal edilib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 75,8 faiz, içki istehsalında 7,7 faiz artım, qida məhsullarının istehsalında isə 11,3 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından şirin peçenye 42,6 faiz, içli sair şokolad şirniyyat məmulatları isə 49,6 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.