CƏMİYYƏT
Paytaxtda avtomobil qaçırılıb
Bakı, 13 fevral, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini S.Musayev fevralın 10-da saat 1 radələrində Ş.Qurbanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün B.Məcidov küçəsində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Cəfərov davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]