CƏMİYYƏT
Paytaxtda koronavirusa ən az yoluxma halı Pirallahı rayonunda qeydə alınıb
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,7 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,7 faizi Xətai, 11,6 faizi Yasamal, 11,3 faizi Sabunçu, 8,4 faizi Suraxanı, 8,3 faizi Nəsimi, 8 faizi Nərimanov, 7,3 faizi Nizami, 6,3 faizi Qaradağ, 6,3 faizi Xəzər, 4,8 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 53,5 faizi paytaxtda qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]