CƏMİYYƏT


Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,5 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,6 faizi Xətai, 11,7 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,7 faizi Nəsimi, 8,1 faizi Nərimanov, 7,9 faizi Suraxanı, 7,2 faizi Nizami 7 faizi Qaradağ, 5,7 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 55,7 faizi paytaxtda qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.