İQTİSADİYYAT


Paytaxtda sənaye məhsulunun 15,2 faizi emal sektorunda istehsal olunub

Bakı, 1 yanvar, AZƏRTAC

Ötən ilin yanvar-noyabr aylarında Bakıda sənaye məhsulunun 15,2 faizi emal sektorunda istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 5,4 faiz, tütün məmulatlarının istehsalı 65,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 69,3 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 3,1 dəfə artıb. Həmçinin mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 11,6 faiz, kağız və karton istehsalı 27,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,6 dəfə, mebel istehsalı 61,7 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 7,4 faiz çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.