CƏMİYYƏT
Paytaxtın Sabunçu rayonunda köşkdə baş verən yanğın zamanı bir nəfər həlak olub
Bakı, 18 fevral, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 15 kvadratmetr olan dəmir köşkün içərisindəki ev əşyaları və ona bitişik olan taxta konstruksiyalardan ibarət köməkçi tikili, eləcə 100 kvadratmetrlik birmərtəbəli evin pəncərəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkarlanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Bakının Binəqədi rayonunda baş verib. Çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxi və eyvanı 20 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hər iki hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.