İQTİSADİYYAT
Paytaxtın inşaat sektorunda əməkhaqqı 2,1 faiz artıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında paytaxtın inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 60 min nəfər olub.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müddətdə orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 1063,4 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində çalışanların əməkhaqqı 14 faiz azalıb, binaların tikintisində işləyənlərin əməkhaqqı 12,9 faiz, mülki təyinatlı inşaat işlərində isə 12 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]