SİYASƏT


Paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları keçirilir

Bakı, 26 iyun, AZƏRTAC

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları keçirilir.

AZƏRTAC xəbər verir ki, hərbi orkestrlər müəyyənləşdirilmiş altı yerdə - Heydər Əliyev parkı (Heydər Əliyev Sarayının qarşısı), “Azneft” dairəsindəki Bayraq meydanı, Muzey Mərkəzi (Bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında çıxış edirlər.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, qələbə marşları, Azərbaycan və dünya bəstəkarlarının tanınmış müasir və estrada musiqi əsərlərindən parçalar səsləndirirlər.

Qeyd edək ki, bu gün, həmçinin hərbi orkestrlərin və hərbçilərin beş marşrut üzrə yürüşləri və nümunəvi çıxışları təşkil olunub. Hərbi orkestrlər Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı; Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev Sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti və Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank istiqaməti üzrə yürüş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.