ELM VƏ TƏHSİL


Pedaqoji Universitet Türkiyə üçün yardım kampaniyasına start verib

Pedaqoji Universitet Türkiyə üçün yardım kampaniyasına start verib

Bakı, 8 fevral, AZƏRTAC

Qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində 7 mindən çox insan həlak olub, on minlərlə insan yaralanıb, minlərlə bina və evlər dağıdılıb. Qardaş ölkənin 10 vilayətində yaranan fövqəladə vəziyyətin böyüklüyünü və kəskin hava şəraitini nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşları arasında yardım kampaniyasına start verib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində fevralın 8-dən etibarən ADPU-nun tələbə və əməkdaşları universitetin Bakı şəhərində yerləşən tədris binalarına yaxınlaşaraq qardaş türk xalqına yardım üçün zəruri ləvazimatları təhvil verməyə başlayıblar.

Qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin məlumatına əsasən, bütün yaşlardan olan zərərçəkənlərin əsasən qış paltarlarına - gödəkçə, şalvar, əlcək, corab, ayaqqabıya ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, odeyal, döşək, standart qızdırıcı cihazlar, əl fənəri, generator, poverbank, təmizlik alətləri, gigiyenik vasitələr, uşaq ləvazimatları və s. lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.