İDMAN
“Pekin-2022” Qış Olimpiya Oyunlarının birinci günündə 13 ölkənin idmançıları medal qazanıblar
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də - “Pekin-2022” Qış Olimpiya Oyunlarının birinci günündə 13 ölkənin idmançıları medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, medal siyahısına Norveç komandası liderlik edir. Bu ölkənin idmançıları 2 qızıl medal qazanıblar. Sloveniya təmsilçiləri 1 qızıl və 1 bürünc medalla ikinci pillədə yer alıblar. Niderland, İsveç və Çin 1 qızıl medalla 3-5-ci yerləri bölüşürlər.
Fevralın 20-dək davam edəcək Qış Olimpiya Oyunlarında 91 Milli Olimpiya Komitəsindən 2 min 800-dən çox atlet idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparır.
Azərbaycan milli komandası “Pekin-2022”də 2 idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]